Marsda şüşə təpələr tapılmışdır
18.4.2012

Avropalı geoloqlar və astronomlar Marsın səthində şüşə təpələr aşkar etmişlər.

Avropalı alimlər Marsın “zülmət regionları” adlanan bölgələri araşdırmışlar. “Zülmət regionlar” planetin şimalında, işığı çox az əks etdirən 10 milyon kvadratkilometrlik ərazidir. Həmin vadilərdəki süxur nümunələri “Mars Express” vasitəsilə yığılmışdır.

Alimlərin tədqiqatı zamanı bəlli olmuşdur ki, “zülmət regionlar”ın səthi tərkibində dəmir olan vulkanik şüşə qırıntıları ilə örtülmüşdür. Bu qırıntılar vulkanik lehmələrin sürətlə soyuması nəticəsində yaranmışdır. İslandiyada belə “şüşə”lərə rast gəlmək olar.

Avropa Kosmik Agentliyinin “Mars Express” orbital zondu 2003-cü ilin iyununda Marsa göndərilmişdir.

AzərTAc