Qoç - daşınmaz əmlak, ailə büdcəsi ilə bağlı məsələləri həll edin. Aktiv olun. Kimsədən yardım gözləməyin. Karyera müstəvisində irəliləyiş ola bilər. Planlarınızı tədricən həyata keçirin.
Dediyiniz sözlərə fikir verin. Emosiyalarınızın tarıma çəkildiyi zaman söylədiyiniz kəlmələr nüfuzunuza zərbə vura bilər.
Günün ikinci yarısında gərginlik daha da artacaq. Ona görə də axşam saatlarını yaxınlarınızla keçirin. Buna imkan yoxdursa, bir müddət tək qalın. Qohumlardan birinizin yardıma ehtiyacı var. O şəxslə diqqətli olun, şəfqətli davranış nümayiş etdirin.
Buğa - ticarət və ya təhsil sahələrindən birində çalışırsınızsa, təmkinli olun. Sizinlə aqressiv danışan insana elə həmin cür cavab verməyin. Səbr yaxşı nəticələr vəd edir. Gün gərgin keçəcək.
Davakar insanlardan uzaq durun. Dövlət qurumlarından biri ilə bağlı məsələnin həllini uzatmayın.
Günün ikinci yarısında travma riski var. Diqqətli və ehtiyatlı olun.
Axşam saatlarında hətta ən sakit söhbət münaqişəyə çevrilə bilər. Buna yol verməmək üçün danışığınıza fikir verin. Ən yaxşısı isə ünsiyyəti minimuma endirin. Dostlar və ya uzaqda yaşayan qohumlardan biri qonaq gələ bilər.
Əkizlər - maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə inciklik, qalmaqal, müzakirələr istisna deyil. Köhnə əlaqələrdən birini qırmağa tələsməyin. Məntiqli olun, status-kvonu qoruyun.
Xərçəng - ünsiyyət, habelə yarımçıq işlərin başa çatdırılması üçün yaxşı zamandır. Alicənab, qayğıkeş olun. Belədə yaxın ətrafınızdakı insanların nəzərində nüfuzunuz artar. Yeni layihəyə başlamaq fikriniz varsa, vaxtınızı boş işlərə sərf etməyin.
Günün ikinci yarısında texnika ilə bağlı problemlər yarana bilər. Uzaq səfərə çıxmayın, təmirə başlamayın. Yaxınlarınızın qayğısına qalın.
Əks cinslə ünsiyyət üçün axşam saatları münasibdir.
Şir - yaşananlara rəğmən bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi təbdən çıxarmasın. Həyatın acılı, şirinli olduğunu unutmayın. Təhsil və kommersiya ilə məşğulsunuzsa, ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Fiziki təmrinlərə vaxt ayırın.
Günün ikinci yarısında sükan arxasında ehtiyatlı, sayıq olun. Cərimə riski var.
Yaşam ortamını qaydaya salın, prosesləri nizamlayın. Zahiri görünüşünüzə fikir verin.
Axşam saatlarında alış-veriş sizi sevindirə bilər.
Qız - günün ilk yarısından etibarən fəal, enerjili olun. Emosional yüksəliş istisna deyil. Problemlərin həllinə yaradıcı münasibət sərgiləyin. Yaşam tonusunuzun səviyyəsi yüksək olacaq. İntuisiyanıza güvənin.
Avantüralara qatılmayın, amma bir qədər risk də pis olmaz.
Günün ikinci yarısı yaxınlarınız və ailə üzvlərinizdən birinin problemlərini həll etmək olar. Sevdiyiniz insana hədiyyə verin. Axşam saatlarında istirahətə, əyləncəyə yollanmaq olar. Nə yediyinizə fikir verin. Yağlı, duzlu təamlardan uzaq durun.
Normal istirahət etməyə çalışın.
Tərəzi - emosional davranış işlərinizə ağır zərbə vura bilər. Ev işlərinə laqeyd yanaşmayın. Sıradan çıxmış avadanlığı təmir edin, sınmış aləti və ya əşyanı əvəzləyin.
Yola çıxmaq zərurəti yaranarsa, yaxşı hazırlaşın. Təfərrüatlar və detalları nəzərdən qaçırmayın. Daşınmaz əmlakla bağlı məsələlərlə məşğul olmayın. Mübahisələrdə ədalətli qərar verin, yalana uymayın. Sərt davranaraq yaxınlarınızın qəlbini qırmayın. Dəyər verdiyiniz insanlara qayğı ilə yanaşın.
Əqrəb - çoxdan yığılıb qalmış problemlərin həlli və yarımçıq işlərin başa çatdırılması üçün münasib zamandır. Dəf olunmaz sayılan səddi qısa müddətdə keçə bilərsiniz. İşgüzar yazışmada diqqətli olun. Qısamüddətli səfərə çıxmaq mümkündür.
Günün ikinci yarısında ünsiyyətə həddən ziyadə vaxt ayırmayın. Boş söhbətlərə qatılmayın. Yeni tanışlıqlarda ehtiyatlı olun, çünki pis insanı yaxşı adam saya bilərsiniz.
Axşam saatlarında gəzintiyə çıxmaqda fayda var.
Oxatan - daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir verməyin.
Söhbət zamanı hisslərinizə nəzarət edin. Müstəqil fəaliyyətə alışsanız belə, kollektiv işin faydalarını anlayın və situasiyadan bəhrələnin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri addımları atın.
Axşam saatlarında aktiv olun.
Oğlaq - yeni layihələrlə məşğul olmağa dəyməz. Maliyyə məsələlərində ehtiyatlı olun. Sənədləşdirməni təxirə salın. Mədəniyyət və incəsənətlə məşğulsunuzsa, aktiv olun. Yaradıcılıq potensialınızdan bəhrələnin. Gələcək uğurların əsasını indi qoya bilərsiniz.
Günün ikinci yarısında emosional durum stabil olmayacaq. Ətrafınızdakı insanların iradlarına və tənqidlərinə sərt reaksiya verməyin. Qıcıqlanmayın, hisslərinizə nəzarət edin.
Axşam saatlanında idmanla məşğul olmaq mümkündür. Tamahkarlıq etməyin.
Dolça - günün ilk yarısından etibarən atacağınız addımları diqqətlə planlaşdırın. Mümkün riskləri hesablayın. Bəxtə güvənməyin. Emosional durumunuz stabil deyil. İtkilər ola bilər.
Atdığınız addımları təhlil edin. Özünütənqiddə ifrata varmayın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda səsinizi qaldırmayın. Səbrli, təmkinli olun. Axşam saatlarını təklikdə keçirin. Sakit ortama ehtiyacınız var. Rasionunuza fikir verin. İntoksikasiya riski var.
Balıqlar - yaradıcılıq, çıxışlar, kommunikasiyalar üçün yaxşı zamandır. İşgüzar fəaliyyət müstəvisində canlanma ola bilər. Müzakirələr aparmaq, müqavilələr və anlaşmalar imzalamaq, planlaşdırma üçün pis vaxt deyil. Yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaqlar.
Günün ikinci yarısında dostlar və yaxınlarınızla ünsiyyətdə eqoizmə yol verməyin. Belə davranış münasibətləri korlaya bilər. Axşam saatlarındakı yeni tanışlığın perspektivi yoxdur.
Gəzintiyə çıxmaq imkanlarını əldən verməyin.
Milli.Az