Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Baku Travel Bazaar Europe” turizm tədbiri keçiriləcək
25.2.2015

Aprelin 1-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Baku Travel Bazaar Europe” turizm tədbiri keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, tədbirin məqsədi iştirakçıları potensial tərəfdaşlarla və müxtəlif istiqamətlər üzrə yeniliklərlə tanış etmək, daha sıx əməkdaşlıq əlaqələri qurmaqdan ibarətdir.

Nazirlikdən bildiriblər ki, tədbirdə təmsil olunanlar Avropanın və digər qitələrin qabaqcıl turizm sənayesinin ən yaxşı mütəxəssisləri, kütləvi informasiya vasitələrinin nümayəndələridir.

“Baku Travel Bazaar Europe” çərçivəsində görüş və seminarlarla yanaşı, mükafatların təqdim ediləcəyi müsabiqə də keçiriləcək.

Qeyd edək ki, tədbirin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulub və “Baku Travel Bazaar Wellness”, “Baku Travel Bazaar Exotic”, “Baku Travel Bazaar Adventures” kimi adlarda müxtəlif mövzulara həsr olunacaq.

APA