"Kristal zal" təhvil verildi - VİDEO
17.4.2012

"Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi zal artıq hazırdır. Bunu bazar ertəsi "Eurovision" hazırlıq prosesi ilə bağlı aparılan işlərin yekunu ilə bağlı keçirilən mətbuat konfransında "Eurovision"-un rəsmi tərəfdaşı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib.

Belə ki, "Kristal zal" təhvil verilib. 20 min tamaşaçı ilin ən önəmli musiqi yarışmasını izləmək imkanı qazanacaq. Bu gündən etibarən şounun hazırlıqlarına başlanılıb. Zalda 80 min işıq diodu, 2500-dən artıq proyektor və Avropada ilk dəfə hərəkətli işıqlardan istifadə olunacaq.

Video