4 yaşlı Heidi Hawkingin zəkasına sahibdir
17.4.2012

İngiltərədə yaşayan dörd yaşındakı Heidi Hankins, 159 IQ-suyla dünya şöhrətli fizikaçı Stephen Hawkinginin IQ-suna haradasa bərabər çıxdı.

Körpələr evindəki müəllimlərinin çox ağıllı olduğu üçün özünü məcbur edəcək fəaliyyətlər tapa bilmədikləri istiqamətindəki xəbərdarlıqları üzərinə IQ testinə məruz qalan Heidi'nin test nəticəsinin 159 olduğu ortaya çıxdı.

Dörd yaşında olmasına baxmayaraq indidən toplama-çıxma əməliyyatları edə bilən, düz bir şəkildə şəkil çəkə bilən və cümlə quraraq yaza bilən Heidi'nin iki yaşındaykən yeddi yaşındakı uşaqlar üçün hazırlanmış kitabları oxuya bildiyi də ifadə edildi.

Beləcə daha ibtidai məktəbə belə başlamadan üstün zəkalıların klubu Mensaya qəbul edilən Heidi, riyaziyyat dahisi Carol Vordermanın 154 ballıq IQ-sini də geridə buraxmış oldu. Hawkingin IQ-si isə 160-dır.

tac.az