Azərbaycan paytaxtında yağmursuz hava proqnozlaşdırılır
18.4.2012

Bakı və Abşeron yarımadasında yaxın 3 gün ərzində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gündüz saatlarında 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 19 və 20-də hava əsasən yağmursuz keçəcək. Lakin ayın 20-də axşam dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu 22-27 dərəcə, dağlıq rayonlarda isə 13-18 dərəcə isti təşkil edəcək.

APA