Nigar Camal Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
26.2.2015

"Eurovision 2011” qalibi Nigar Camal Xocalı soyqırımını əks etdirən klip çəkdirib.

"Broken Dreams" ("Məhv edilmiş arzular") adlı mahnısının musiqisi Turac Berkay Özerə, sözləri Altay Oktara məxsusdur.

Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən ekran işi 3D formatında, ən yeni texnologiya ilə çəkilib.

N.Camalın ingilis dilində səsləndirdiyi mahnı və klipi erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi daşıyır.

Video

Azvision.az