"Eurovision 2011” qalibi Nigar Camal Xocalı soyqırımını əks etdirən klip çəkdirib.
"Broken Dreams" ("Məhv edilmiş arzular") adlı mahnısının musiqisi Turac Berkay Özerə, sözləri Altay Oktara məxsusdur.
Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən ekran işi 3D formatında, ən yeni texnologiya ilə çəkilib.
N.Camalın ingilis dilində səsləndirdiyi mahnı və klipi erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi daşıyır.
Video
Azvision.az