Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün 3 milyon manat vəsait ayrılmışdır
18.4.2012

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün 3 milyon manat vəsait ayrılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə aprelin 17-də Sərəncam imzalamışdır.
Sərəncama əsasən, Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılmışdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılmışdır.

AzərTAc