Azərbaycan Dövlət Pantomima Teatrının mart repertuarı maraqlı tamaşalarla zəngindir.
Martın 1-də C.Dadaşovun “Mən və mən”, 7-də B.Xanızadə, B.Əhmədlinin “Son ştrix” tamaşaları göstəriləcək.
Pantomima teatrı həvəskarları martın 8-də S.Hacıyevanın “Dejavü”, 14-də Ç.Aytmatovun əsəri əsasında hazırlanmış “Manqurt” tamaşalarına baxa bilərlər. B.Xanızadənin “Pantomima buketi” martın 15-də, “Unutmayaq” tamaşası 29-da göstəriləcək. Martın 28-də teatrda S.Hacıyevanın “Dejavü” tamaşası oynanılacaq.
Teatrın kollektivi həmişə olduğu kimi, mart ayında da balaca tamaşaçıları unutmayıb. Uşaqlar martın 1-də və 15-də A.Şaiqin “Tıq-Tıq” tamaşasına baxa bilərlər.
A.Ekzüperinin “Balaca şahzadə”si isə martın 8-də və 29-da göstəriləcək.
azertag.az