Martın 4-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino və teatr aktyoru Səməndər Rzayevin 70 illik yubiley qeyd olunacaq.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
Dövlət Film Fondundan bildirilib ki, tədbirdə S. Rzayevə həsr edilmiş fotosərgi nümayiş olunacaq, sənətkarın ömür yolu və yaradıcılığından söz açılacaq və yaratdığı obrazlar qalereyasından nümunələr təqdim ediləcək.
azertag.az