Siyəzən şəhər sakini Cavid Yəhyayev qeyri-adi məşğuliyyəti ilə tanınır. Onun istifadəyə yararsız şinlərdən hazırladığı heyvan, quş fiqurları, müxtəlif formalı dibçəklər baxanların zövqünü oxşayır.
Cavid Yəhyayev 20 ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyir. O, bu bacarığı ilə yararsız avtomobil şinlərinə “yeni həyat” bəxş edir, düzəltdiyi müxtəlif fiqurlar, dibçəklər isə görənlərin marağına səbəb olur. Onun fikrincə, az xərc tələb edən bu məhsullar uşaq bağçalarında, bağ evlərində uzun müddət istifadə oluna bilər.
İki ildir ki, bu işlə məşğul olan C.Yəhyayev yaxın gələcəkdə yararsız şinlərdən hazırladığı qeyri-adi məhsulların sərgisini təşkil etmək fikrindədir.
azertag.az