“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts 2015-ci ildə dünyanın ən zəngin insanı seçilib. Bu, “Forbes” jurnalının dərc etdiyi illik reytinq siyahısında bildirilir. Onun sərvəti 79,3 milyard dollar təşkil edir.
İkinci yeri 76,4 milyard dollarla meksikalı milyarder Karlos Slim Elu tutur.
Reytinqdə üçüncü yerdə 72,3 milyard dollarla məşhur investor, “Berkshire Hathaway”-ın yaradacısı Uorren Baffet qərarlaşıb.
2015-ci ilin ən zəngin qadını “Wal-Mart” mağazalar şəbəkəsinin 60 yaşlı şəriki Kristi Uolton seçilib. Onun varidatı 41,7 milyard dollar dəyərində qiymətləndirilir.
Trend.az