İştirakçıların qeydiyyatı martın 1-dən aprelin 24-dək aparılır.
11-ci, NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının keçirilməsi ilə bağlı hazırlıq işləri başlanıb. Müsabiqədə iştirak üçün ərizələrin qəbulu www.netty.az saytında həyata keçirilir.
NETTY2015 Azərbaycan Milli İnternet Mükafatının şərtlərinə uyğun olaraq müsabiqə üzrə sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2015-ci ilin martın 1-dən tarixdən aprelin 24-dək keçirilir.
25 apreldən 4 mayadək, NETTY2015-in nominantlarını müəyyən etmək məqsədilə Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək.
5 may tarixdə Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından üç nominant seçir, onların seçimi Akademiyanın səsverməsi başlandığı an “Sosial şəbəkələrin seçimi” əlavə nominasiyada göstəriləcək) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır.
Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. NETTY2015 nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.
Saytda qeydiyyatdan keçən və ya Facebook və Twitter sosial şəbəkələrində qeydiyyatdan keçmiş hər bir şəxs Virtual münsiflər heyətinin üzvü ola bilər və müsabiqənin nominantların seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.
Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək:
• Azərbaycan • Dövlət saytı • Elm və təhsil • Mədəniyyət və incəsənət • Cəmiyyət • İnformasiya və xəbərlər • Servis-sayt • Korporativ sayt • Elektron Kommersiya sahəsində ən yaxşı sayt • Əyləncə • İdman• Şəxsi sayt. Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək: "Mobil qurğular üçün ən yaxşı proqramlar", “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”, “İlin İT-hadisəsi”. Sonuncu nominasiya ilə bağlı qaliblər aşağıdakı istiqamətlər üzrə müəyyən ediləcək: • Dövlət hakimiyyəti və idarətmə orqanalrında ən yaxşı İT-layihə • Biznes üçün ən yaxşı İT-layihə • İctimai əhəmiyyətli ən yaxşı İT-layihə (təhsil, maliyyə, idman, mədəniyyət və s.) • Xaricdə, Azərbaycan İT-nin inkişafını nümayiş etdirən İT-layihə
Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin partnyorları aşağıdakılardır: Tabasko Branding Bureau şirkəti www.facebook.com/tabaskonline. BakuTel sərgisi, SmartHost şirkəti.
Tədbirə İnformasiya dəstəyini Infocity.az , 1news.az , Disput.az, Oxu.az, Smartfon.az, Inet.az.göstərir.
NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.
Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az və ya info@nettyaward.com ünvanına göndərə bilərsiniz.
Oxu.az