Azərbaycan Gimnastika Federasiyasının yeni loqosu və internet səhifəsi təqdim edilib
3.3.2015

Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) yeni loqosu və internet səhifəsi təqdim edilib.

Yeni loqo və internet səhifəsi martın 4-6-da Azərbaycanda keçiriləcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransında təqdim edilib.

Gül formasında olan yeni loqo haqqında məlumat verən AGF-nin marketinq üzrə direktoru Səbri Gülmalıyev qeyd edib: "Düşündük ki, ən optimal simvol güldür. Çünki gülün mənası gimnastika ilə çox paralel olaraq gedir. Gimnastika kimi gül də yeniliyin, gözəlliyin, sağlamlığın rəmzidir".

S.Gülmalıyev, həmçinin yeni sayt haqqında məlumat verib.

Trend.az