Artıq 17 ölkə Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakını təsdiqləmişdir
2.7.2011

Gələn ilin mayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək “Eurovision -2012” mahnı yarışmasında 17 ölkənin iştirakı təsdiqlənmişdir.
Bu ölkələr Sloveniya, Almaniya, Norveç, Finlandiya, İsveçrə, Avstriya, Çexiya, Belçika, Macarıstan, Gürcüstan, Danimarka, Niderland, Slovakiya, Xorvatiya, İsveç, Estoniya və Ermənistandır.
Adları sadalanan ölkələr artıq təmsilçilərinin seçim qaydalarını açıqlamış və bununla bağlı hazırlığa başlamışlar.
57-ci “Eurovision” müsabiqəsinin yarımfinal mərhələlərinin mayın 22-24-də, finalının isə 26-da keçirilməsi nəzərdə tutulmuşdur.