Gündə bir neçə fincan qəhvə içmək arteriyaların tutulmasının qarşısını almağa kömək edə bilər.
Bu qənaətə Cənubi Koreya alimləri gəliblər.
Tutulmuş arteriyalar ürək ağrısının səbəblərindən biridir. Alimlər iş yerində mütəmadi olaraq sağlamlıq yoxlamasından keçən 25 000-dən çox kişi və qadın işçi arasında tədqiqat aparıblar.
Ölçülü şəkildə, yəni gündə 3-5 fincan arasında qəhvə içən işçilərin tibbi yoxlamalarında ürək ağrısının ilkin əlamətləri daha az ehtimallıdır. Nəticələr qəhvənin ürək üçün yaxşı, yoxsa pis olması barədə müzakirələrə yenidən təkan verib.
Qəhvənin ürəyə necə təsir etdiyi barədə fikir ayrılığı uzun illərdir ki, davam edir.
Bəzi tədqiqatçılar qəhvənin qəbul olunmasını xolesterin və qan təzyiqi kimi ürəyə təhlükə yaradan faktorlarla əlaqələndiriblər. Digərlərisə deyirlər ki, qəhvə ürəyi müdafiə edə bilər.
Milli.Az