Qoç - Gün sakit keçəcək, həm fiziki, həm də mənəvi gücünüzün bərpasına imkan verəcək. Köhnə layihələr üzərində işi başa çatdıra bilərsiniz. Yeni ideyaların həyata keçirilməsinə hələ girişməmək yaxşıdır. Növbəti günlər bunun üçün daha münasib olacaq.
Günün ikinci yarısında ovqatınız korlanacaq, daha əsəbi və səbrsiz olacaqsınız və bununla da yaxınlarınızı çox məyus edəcəksiniz. Lakin sizə gülərüzlülüyü və mehribanlığı qaytaracaq adam tapılacaq. Əhval-ruhiyyəniz bütün gün ərzində pis olmayacaq.
Buğa - Çətin gündür. Xeyli çətin vəzifələrin öhdəsindən gəlməli olacaqsınız. İşdə ciddi problemlər yarana bilər. Kiminsə köməyinizə çatacağını gözləməyə dəyməz. Hər şeyi təkbaşına etməlisiniz. Bel bağlamağa öyrəşdiyiniz adamla münaqişə təhlükəsi var. Maddi itkilər mümkündür.
Dostlar səhvləriniz və çatışmazlıqlarınızı söyləməkdən yorulmurlur. Yəni, onlarla ünsiyyəti xoş hesab etmək olmaz. Sevdiyiniz insan sizi dəstəkləməyə çalışsa da, bu, heç də həmişə alınmayacaq.
Əkizlər - Yeni işlərə başlamaq olar. Amma yalnız bir halda ki, onların öhdəsindən təkbaşına gələcəyinizə əminsiniz. Xoşagəlməz gözlənilməzliklər istisna deyil. Lakin çətin ki, onlardan hansısa sizə zərər versin. Bazarlıq etmək, uzunmüddətli biznes layihələrinə investisiya qoymaq olar.
Siz səbəbini də bilmədən ikrah hiss etdiyiniz adamlarla ünsiyyətdən imtina etməyə meyllisiniz. Belə adamların reaksiyası çox sərt olacaq, özünüzə düşmən qazanmaq təhlükəsi var. Günün ikinci yarısında fiziki yükdən kənar olun. Sakit istirahət xeyrinizədir.
Xərçəng - Uğurlu gündür. O, işləriniz üçün münasibdir. Bugünkü uğurlarınız o qədər əhəmiyyətli olacaq ki, onları görməmək mümkün deyil. Cürbəcür mükafatlandırmalar - pul mükafatı, maaşınızın və vəzifənizin artırılması mümkündür. Biznesmen Xərçənglər yeni müttəfiqlər tapa və işlərini genişləndirə bilərlər.
Günün emosional fonu əlverişlidir. Siz yüksək səviyyəli nikbinliyə köklənmisiniz. Günün təəccüblü xüsusiyyətlərindən biri odur ki, hamı ilə, hətta, sizə rəğbətlə yanaşmayanlarla da dil tapa biləcəksiniz.
Şir - İş çox, vaxt isə azdır və diqqəti cəmləşdirmək mümkün deyil. Bütün günü məşğul olacaq və nə ilə məşğul oldğunuzu heç özünüzə də izah edə bilməyəcəksiniz. Rəhbər Şirlər aydın sərəncamlar versələr də, onların lazımi səviyyədə yerinə yetirilməsinə nəzarət etməyi çatdıra bilməyəcəklər. Bu, müxtəlif natamamlıqlar və əksikliklər ehtimalını artırır.
Yaxınlarınızın dəstəyi sevinc bəxş edəcək. Məhz bunun sayəsində yaxşı ovqatınızı qoruya bilərsiniz. Təbii ki, əgər alınsa. Günün ikinci yarısı iri bazarlıqlar üçün münasibdir.
Qız - Tələsməməyə çalışın. Məhz tələskənlik uğur əldə etməyinizə mane ola bilər. Ayaqüstü, dərindən düşünülməmiş qəbul edilən qərarlar yanlış olacaq. Lakin siz bundan yalnız həmin qərarları həyata keçirəndə xəbər tutacaqsınız.
İşdə və evdə münaqişələr mümkündür. Siz özünüzü sağlam düşüncəli və ehtiyatlı aparır, sivri bucaqları yumşaltmağa çalışırsınız. Lakin yanınızda emosiyalara qapılan adam mütləq tapılır və sizin səyləriniz heç olur. Günün sonunda hədsiz yorğunluq və tükənmə hissi yaranacaq.
Tərəzi - Müsbət tendensiyaların təsiri bir qədər azalacaq. Bununla belə, gün pis keçməyəcək. Siz çox ehtiyatlısınız. Ona görə də maneələrdən uğurla yayına, çoxsaylı başdançıxarılma cəhdlərinə müqavimət göstərə biləcəksiniz. Sizin üçün güclü emosiyalar mənbəyi olacaq romantik məşğuliyyət mümkündür. Amma təəssüf ki, bu emosiyalar xoş olmayacaq.
Maddi itki riski var. Borc vermək, pulunuzu az tanıdığınız adamlara etibar etmək məsləhət deyil. Günün ikinci yarısında çoxdandır görmədiyiniz (və bundan sonra da görməməyə üstünlük verdiyiniz) adamla gözlənilməz görüş mümkündür.
Əqrəb - Əlverişli gündür. Fikirlərinizi reallaşdırmaq və cəsur planlarınızı həyata keçirmək üçün bundan istifadə edin. Hətta birinci dəfə gördüyünüz işlər də yaxşı alınacaq. Bu gün yeni nəsə öyrənmək üçün çox münasibdir. Təcrübəli, həyatı bilən və müdrik insanlarla təmaslar olduqca faydalıdır.
İnsanlar sizə ona görə yardım edirlər ki, sizi məyus etmək, pis vəziyyətdə qoymaq istəmirlər. Lakin düşünməyin ki, iş gördüyünüz adamların hamısı qərəzsizdir.
Oxatan - Xırda anlaşılmazlıqlar mümkündür. Sonradan heyfislənədəyiniz səhvlər buraxa bilərsiniz. Günün bütün xoşagəlməzliklərində oxşar nəsə var: onlar sizin düşündüyünüz qədər də mühüm deyil. Həmkarlarınızla fikir ayrılıqlarını ürəyinizə salmayın - tezliklə sizin haqlı olduğunuzu hamı biləcək.
İşləriniz gözlədiyinizdən çox olacaq. Bütün planlarınızdan imtina edərək, iş vaxtınızdan da artıq işləməli olacaqsınız. Qadınlara ürəyinizi açmayın: onlar eşitdiklərindən şəxsi maraqları üçün istifadə edəcəklər.
Oğlaq - Gün tam istədiyiniz kimi keçməyəcək. Planlaşdırdığınız bəzi işləri təxirə salmalı olacaqsınız. Amma buna görə məyus olmağa dəyməz: vaxt gələcək və siz onlarla məşğul ola biləcəksiniz. Gün rəhbərliklə danışıqlar, nüfuzlu şəxslərlə görüşlər üçün münasibdir. Mülklə bağlı məsələləri müzakirə etmək, müvafiq sənədlərin rəsmiləşdirilməsi ilə məşğul olmaq olar.
Şəxsi həyatınızla bağlı hətta ən əhəmiyyətsiz hadisələrə də lazım olduğundan daha güclü reaksiya verəcəksiniz. Sevdiyiniz şəxslə inciklik mümkündür. Barışıq tez olacaq. Amma xoş olmayan emosiyalar qalacaq.
Dolça - Uğursuz gündür. Ulduzların sizin üçün hazırladığı sınaqlardan üzüağ çıxmaq asan olmayacaq. Dolçalar üçün ən ağır zərbə simasında ən etibarlı və sadiq müttəfiq gördükləri adamla görüş olacaq. Üstəlik, problemlərinizlə baş-başa qalacaq və onları necə həll etməyin lazım olduğunu o dəqiqə başa düşə bilməyəcəksiniz.
Maddi itki riski var. Böyük ticarət mərkəzlərinə getmək, üstünüzdə böyük miqdarda pul gəzdirmək məsləhət deyil. Günün qaranlıq vaxtlarında gəzinti və səfərlərdən imtina edin: bədbəxt hadisə ehtimalı böyükdür.
Balıqlar - Çox uğurlu gündür. Bir çox Balıqların qarşısında yeni imkanlar açılacaq və onlar bundan mütləq istifadə edəcəklər. Yaradıcılıq potensialı çox yüksəkdir. Bunun sayəsində bir müddət əvvəl sizə həlli qeyri-mümkün görünən problemlərin öhdəsindən tez gələcəksiniz. Hansısa nüfuzlu şəxsdən dəstək ala bilərsiniz.
Tanışlıqlar mümkündür: siz ünsiyyətin asan və xoş olacağı adamları intuisiya ilə seçəcəksiniz. Bu gün Balıqlar asanlıqla vurulacaqlar. Başlayan romantik əlaqələr müsbət məcrada inkişaf edəcək.
Milli.Az