Amerikalı aktyor, Hollivud ulduzu Hyu Cekman dünya kinematoqrafiyasının tarixində ilk dəfə holoqrafik mətbuat konfransı keçirib.
"Chappie" filminin təqdimatı ilə bağlı Berlin şəhərindəki mətbuat konfransına rejissor Nil Blomkampla birlikdə qatılan 46 yaşlı aktyorun holoqrafik görüntüsü eyni vaxtda, onlayn olaraq Madriddə də auditoriya qarşısına "çıxmışdı".
Baş rolda çəkildiyi elmi-fantastik filmdən danışarkən H.Cekmən bildirib ki, Çappinin uşaqların tərbiyəsi ilə məşğul olmasını istərdi.
Filmdə digər baş rollarda Siqurni Uiver və Dev Patel çəkiliblər.
Çappi robot polisdir və süni intellekt məhsuludur.
"Çappi"nin ilk rəsmi təqdimatı Moskvada olmuşdu.
Milli.Az