Novruz bayramı ərəfəsində “Azercell”dən yeni kampaniya
4.3.2015

“Azercell” Novruz Bayramı ərəfəsində yeni Azercell fakturasız xətt nömrələri və nömrə daşınması xidməti çərçivəsində nömrələrini Azercell fakturasız xətt sisteminə daşıyan abunələçiləri üçün yeni kampaniyaya start verib.
Şirkətdən  verilən məlumata görə, “Azercell-ə gəl, hər ay pulsuz 5 saat qazan” kampaniyası 2015-ci il 3-31 mart tarixləri arasında keçirilir.

Kampaniyanın keçiriləcəyi bu müddət ərzində SimSim nömrəsi aktivləşdirən hər kəs ayda ən azı 5 AZN yükləməklə, 6 ay boyunca hər ay pulsuz 5 saat şəbəkədaxili danışıq imkanı əldə edəcək. İstifadə müddəti 7 gün olan hədiyyə saatları şəbəkədaxili zənglər üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, abunəçi nömrədə mövcud Bizimkilər tarif paketini dəyişdiyi halda, kampaniyada iştirakı dayandırılır.


Gün.az