Adı Ginnesin rekordlar kitabına planetin ən qoca qadını kimi düşmüş Misao Okava 117 yaşını qeyd etməyə hazırlaşır.
M.Okava 1898-ci il martın 5-də dünyaya gəlib. O, hazırda Osaka şəhərindəki ahıl insanlar üçün xüsusi pansionatda yaşayır.
Martın 4-də Osakanın meri M.Okavaya gül dəstəsi gətirərək onu doğum günü münasibətilə təbrik edib. Sonra M.Okava ailə üzvləri, o cümlədən 92 yaşlı oğlu ilə birlikdə foto çəkdirib.
Hədiyyə olaraq aldığı çiçəklərdən zövq alan M.Okava bildirib ki, o özünü çox xoşbəxt sayır və ad gününü təntənəli şəkildə qeyd etməyə hazırlaşır.
azertag.az