Martın 8-12-də Bakıda Fransa qastronomiya həftəsi və frankfoniya günləri keçiriləcək.
Bununla bağlı Fransanın Azərbaycandakı səfirliyində təqdimat mərasimi olub.
Səfir Paskal Mönye bildirib ki, Fransanın turizm üzrə dövlət agentliyi ATOUT France təşəbbüsü ilə keçiriləcək tədbirlərdə bu ölkənin turizmi, mətbəxi, mədəniyyəti təqdim olunacaq.
Fransa mətbəxi, o cümlədən pendiri, şərabları, şirniyyatlarını dadmaq istəyən hər kəs martın 8-də Bakıdakı fransız restoranlarına gələ bilər. Həmin günlər müştəriləri endirimlər gözləyir.
Bundan əlavə, martın 11-də Fransa institutunda bu ölkənin mədəniyyəti və qastronomiyasına həsr olunmuş filmlər nümayiş olunacaq, martın 12-də isə fransız şərabına həsr olunmuş konfrans keçiriləcək.
Gün.az