İstanbulda güclü fırtına baş verib
18.4.2012

Türkiyənin İstanbul şəhərində güclü fırtına baş verib. Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ciddi ziyan dəyib.

Məlumata görə, bəzi evlərin damları uçub, elektrik dirəkləri aşıb, Boğaziçi körpüsü bağlanıb.

Həmçinin, İstanbulda bəzi dəniz səfərləri təxirə salınıb.

Türkiyə hidrometeoroloqları bildiriblər ki, küləyin sürəti saatda 80 kilometrə çatıb.

Trend