Bu gün IBM korporasiyası Bakıda yeni ofisinin açılışını elan edib.
Bu barədə şirkətin bu gün keçirdiyi mətbuat konfransında məlumat verilib.
“IBM şirkəti inkişaf etməkdə olan bazarlarda fəaliyyətinin genişlənməsinə xüsusi diqqət ayırır. Yüksək inkişaf tempinə və artmaqda olan rəqabətqabiliyyətliliyə malik bazarların yaratdığı imkanların əhəmiyyətini biz çox yaxşı anlayırıq.
Fəaliyyətimizin regional əhatəsinin genişləndirilməsi strategiyası uğurla həyata keçirilir və uzunmüddətli xarakter daşıyır. Bu işdə Azərbaycan bizim üçün hakim mövqedə qərarlaşıb”, - deyə IBM-in inkişaf edən ölkələr üzrə baş direktoru Eray Yüksək bildirib.
Öz növbəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu, İKT sektoruna xarici investisiyalar üzrə milli strategiyanın inkişaf etdirilməsində əhəmiyyətli rola malik olacaq.
“Şirkətin Bakı ofisinin fəaliyyətə başlaması yerli və xarici şirkətlərlə əməkdaşlığın genişlənməsinə və gələcəkdə möhkəmlənməsinə təkan verəcək”, deyə nazir müavini bildirib.
Qeyd edək ki, IBM korporasiyası texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli şirkətdir.
Oxu.az