“Apple” və “Samsung” rəhbərləri razılaşıblar
18.4.2012

“Apple” və “Samsung” rəhbərləri görüşməyə və şirkətlərin bir-birlərinə qarşı olan bütün iddialarını müzakirə etməyə razılaşıblar.

Korporasiyaların qarşılıqlı iddialarına baxan hakim Lüsi Kox belə təkliflə çıxış edib.

Danışıqlarda hər iki tərəfdən Tim Kuk və Çoy Qi-Sunqdan əlavə, hüquqşünaslar və dairə hakimi iştirak edəcək.Məlumat üçün bildirim ki, “Apple” və “Samsung” şirkətləri arasında qarşıdurma keçən il başlayıb.

ANN.Az