Məşhur Hollivud ulduzu təyyarə qəzasına düşdü
6.3.2015

Aktyor ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Məşhur Hollivud aktyoru Harrison Ford kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində yaralanıb.

72 yaşlı aktyorun idarə etdiyi təyyarə Los Anceles şəhəri ətrafında qolf meydançasına çırpılıb. Baş nahiyəsindən çoxlu sayda ciddi zədələr almış Ford ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Oxu.az