Azərbaycan prezidenti İlham Əliyev Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı layihələndirmə və tikinti işlərinin başlanılması üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.