Çexiya Milli Kitabxanasının və Milli Muzeyinin direktorları Azərbaycana gələcək
7.9.2011

Çexiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeş gələn həftə Azərbaycana gələcəklər. 12-17 sentyabr tarixlərində baş tutacaq səfər çərçivəsində qonaqlar öz azərbaycanlı həmkarları ilə görüşərək qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə edəcəklər. Mədəniyyət və Turizm Nazirliyində görüş də nəzərdə tutulub.
Nümayəndə heyəti Bakıdakı muzeylər və abidələrlə tanış olacaq.