Azərbaycan Beynəlxalq Bankı yeni pensiya kartlarının verilməsi prosesini sürətləndirib
19.4.2012

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən yeni pensiya kartlarının verilməsi prosesi yüksək səviyyədə təşkil olunub.

Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan pensiyaçılara qəsəbədəki Mədəniyyət Evində, Zabratda bələdiyyənin binasında, Sabunçuda «Azərenerji» ASC-nin Mədəniyyət Evində, Bakıxanov qəsəbəsində isə Bank tərəfindən icarə olunan binada verilir.

Ümumilikdə, Sabunçu filialı tərəfindən 9 minə yaxın yeni kart veriləcək. Bu proses gücləndirilmiş rejimdə həyata keçirilir və yaxın bir neçə gün ərzində başa çatacaq.

ABB-nin Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir. Bankın digər filiallarında da yeni pensiya kartlarının verilməsi gücləndirilmiş rejimində həyata keçirilir.