Türkiyənin populyar verilişinin aparıcısı Nizami Kino Mərkəzində film təqdim etdi
10.3.2015

Türkiyənin populyar “Ben bilmem eşim bilir” verilişinin aparıcısı İlker Ayrık Nizami Kino Mərkəzində film təqdim etdi.

Martın 6-da Azərbaycanın 1 №-li elit Nizami Kino Mərkəzində böyük coşğu ilə növbəti türk ulduzunun imza günü və film nümayişi keçirilib.

Türkiyənin populyar aktyoru və aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi “Yapışık kardeşler” komediya filmini Azərbaycan tamaşaçısına təqdim edib.

Halim və Selim iki şən və baməzə qardaşdır. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər-istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda özlərinə uyğun “xeyirli” qismət tapmaq üçün İstanbula üz tuturlar...

Filmdən əvvəl aktyor və rejissor İlker Ayrık və Hakan Bulut avtoqraf sessiyası keçirib və mətbuatın suallarını cavablandırıblar.

Filmdə baş rolları İlker Ayrık ilə yanaşı, Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sunqur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış və Bülent Şakrak ifa ediblər.

(https://www.facebook.com/NizamiCinema?rf=hl)

Milli.az