Artıq kafelər də "3D"-yə keçir
10.3.2015

Finlandiyanın Tampere şəhərinin mərkəzində "3D Crush" adlı kafe açılıb. Adı çəkilən kafenin ziyarətçiləri "3D" printerin köməyi ilə müxtəlif predmetləri çap edə və ya sadəcə, qurğunun iş prosesini izləyə bilərlər.

Əvvəlcə "3D" skaner orijinalı skan edir, bundan sonra printer öz işini görür. Sözügedən qurğunun köməyi ilə telefon üçün çexol və ya üçölçülü "selfi" çap etmək olar. "3D" çap xidmətinin dəyəri baha deyil.

Qeyd edək ki, bundan əvvəl başqa ölkələrdə oxşar kafelər açılıb, "3D" çap texnologiyası getdikcə həyatımıza daxil olur. Məsələn, Çində "3D" printerlərin köməyi ilə binalar inşa edilir.

Xeberler.az