Bakıda 3-cü Beynəlxalq Caspian Energy Forum – 2015 başlayıb.
Forumda dünyanın 17 ölkəsindən 300 nümayəndə iştirak edir.
Forumun təşkilatçısı Caspian Energy International Media Group-dur.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarına inteqrasiyasının bütün aspektlərinin müzakirəsi planlaşdırılır.
Forumda enerji, nəqliyyat və infrastruktur layihələrində Azərbaycanın hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub dəhlizinin layihələri və Xəzərin ehtiyat potensialı diqqət mərkəzində olacaq.
İkinci hissədə isə qeyri-neft sektorunun inkişafına həsr olunmuş Caspian European Forumu keçiriləcək. Caspian European Forum çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, maşınqayırma, inşaat və digər qeyri-neft sektoru sahələrinə innovasiyaların tətbiqi, eləcə də biznesin aparılması, biznes-hakimiyyət dialoqunun qurulması məsələləri müzakirə ediləcək.
3-cü Beynəlxalq Caspian Energy Forum-2015-ə rəsmi dəstəyi Azərbaycan Hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Caspian European Club göstərir.
Gun.az