Ən ucuz "BlackBerry" gəldi
19.4.2012

Kanadanın "Research In Motion" korporasiyası "BlackBerry Curve" smartfonlarına 9220 modelini də əlavə edib. Techno Crunch"a istinadən verilən xəbərə görə, RİM-in ən ucuz smartfonu kimi reklam edilən "BlackBerry Curve 9220" hazırda yalnız Hindistanda satılır.
Onun qiyməti 160 dollardır.

"BlackBerry Curve 9220" smartfonu "BlackBerry 7.1." əməliyyat sistemi ilə işləyir.
Smartfonun 2,44 düym diaqonallı (320 x 240) ekranı, 2 meqapiksellik kamerası, "Bluetooth 2.1" və "Wi-Fi 802.11b/g/n" adapterləri, "microSD" kartı üçün slotu və 512 meqabayt operativ yaddaşı var.

"BlackBerry Curve 9220" smartfonu 3G şəbəkəsini dəstəkləmədiyi üçün istifadəçilər yalnız EDGE-dən yararlana bilərlər.
Bundan başqa, yeni smartfonda radio və qulaqcıqlar üçün slot da yoxdur.
Yeni telefon qara, çəhrayı, ağ və göy rəngli korpuslarda satılır.

İyunun 30-na qədər "BlackBerry Curve 9220" almış şəxslər RİM-in onlayn proqram dükanından 50 dollarlıq proqramlar yükləyə bilərlər.

Milli.Az