Dünyanın ən böyük internet korporasiyası Google ilk dükanını açıb.
"Shop in shop" adlanan bu market Britaniya paytaxtının Tottenhem Kort Roud səmtində yerləşir.
"Currys PC World"da yerləşən marketdə Google korporasiyasının istehsalı olan məhsullar satılır.
Satışdakı məhsullar arasında Google-un istehsalı olan və Android əməliyyat sistemi ilə işləyən smartfonlar, planşetlər, Chromebook noutbukları və s. var.
Hazırda ən çox satılan məhsullar arasında Android əməliyyat sistemi ilə çalışan planşetlərlə Motorola Moto 360 və LG Gwatch R 5 smartfonları lider mövqe tutur.
Milli.Az