Sınaq imtahanlarına yazılış başlayıb
11.3.2015

Bu gündən Azərbaycanda keçiriləcək ilk sınaq imtahanlarına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən xəbərə görə, aprelin 5-də komissiya tərəfindən abituriyentlər üçün ilk sınaq imtahanı keçiriləcək. Həmin imtahanda iştirak etmək üçün qeydiyyat başlayıb.

Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Ətraflı məlumat üçünhttp://eservices.tqdk.gov.az/sinaq/linkinə daxil olmaq lazımdır.   

APA