"28 Cinema" kinoteatrının yeni saytı fəaliyyətə başlayıb
12.3.2015

Azərbaycanın premium kinoteatrı “28 Cinema”nın yeni saytı fəaliyyətə başlayıb. www.28cinema.az yeni dizaynı ilə əvvəlkindən seçilir. Sayt daha da baxımlı və rəngarəng olub. Bundan başqa saytda əməliyyatların aparılma prosesi asandlaşdırılıb və tezləşdirilib.

Yeni saytın əsas üstünlüklərindən biri isə onlayn bilet alışında olan yenilikdir. Artıq film həvəskarları onlayn olaraq bileti 1 dəqiqədən az bir müddətdə əldə edə biləcəklər. Bundan başqa, saytda cari filmlərin və seansların cədvəli rahatlaşdırılıb.

Saytda həmçinin istifadəçilərin kinoteatrda nümayiş olunacaq filmlər, keçiriləcək festivallar, qala-gecələr, aksiyalar və başqa tədbirlər haqqında ətraflı və dolğun məlumat alması üçün xüsusi bölmələr yaradılıb.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.

Milli.az