Emin dünya turuna çıxdı – Foto
12.3.2015

Müğənni və bəstəkar Emin Ağalarov “More amor” adlı yeni albomunun tanıtımı məqsədi Avropa turuna çıxıb.

O, ilk olaraq martın 10-da Londonda səhnəyə çıxıb.

Üç ildən sonra yenidən Londonda konsert verən Emin səhnədə həm ingilis, həm də rus dilində olan hitlərini ifa edib.

Onun konsertində Azərbaycan və Rusiyadan səfirlərlə yanaşı, həmçinin Britaniyanın tanınmış KİV nümayəndələri iştirak edib.

Həmin gün səhnəyə Eminlə birgə avstraliyalı müğənni Çarli Viliams (Charly Williams) da çıxıb. Onlar birgə oxuduqları və klip çəkdirdikləri “Woman” mahnısını təkrar konsertdə ifa ediblər.

Qeyd edək ki, Emin artıq İspaniyadadır. Çünki bu gün onun dünya turu çərçivəsində Madriddə “Sala Paddock”da konsert proqramı olacaq. Konsertin biletləri hələ ki, satışdadır.

Emin martın 18-də Parisə yollanacaq. Daha sonra isə o, turunu Berlin, Dublin və Amsterdamda davam edəcək.

Gun.az