Pendirdən qorxub ağlayan da var
13.3.2015

İsveçin Bari şəhərinin sakini Anna Bondesson pendirdən qorxur.  33 yaşlı qadın pendiri görərkən ağlamağa başlayır.

O, qorxusunun səbəbini bilmir. Fobiyasını əyləncəli hesab edən qadın onunla mübarizə aparmaq niyyətində deyil.

A.Bondesson əlavə edib ki, başqaları pendir yeyəndə özünü narahat hiss edir.

Trend.az