Gənc Tamaşaçılar Teatrının yeni tamaşası: “Məlikməmməd və sehrli almalar”
13.3.2015

Maraqlı və zəngin repertuarı ilə seçilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində daha bir yeni tamaşa təqdim etməyə hazırlaşır. “Məlikməmməd” xalq nağılı əsasında səhnələşdirilmiş tamaşa “Məlikməmməd və sehrli almalar” adlanır.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, tamaşanın premyerası martın 14-də olacaq. Quruluşçu rejissor əməkdar artist Nicat Kazımov, quruluşçu rəssam Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Səhnə əsərində rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova və başqaları ifa edəcəklər.

azertag.az