“WhatsApp”dan zəng etmək mümkün oldu
13.3.2015

Popular mobil mesajlaşma tətbiqi “WhatsApp”la zəng etmək mümkün olacaq.

2014-cü ildə "Facebook" tərəfindən alınan “WhatsApp” yenilənib.

Əvvəlcə Android əməliyyat sistemi ilə işləyən ağıllı cihazlarda aktivləşəcək yeniliklə istifadəçilər "Skype" və "Viber" proqramlarındakı kimi danışa bilərlər.

Yeni funksiyanı aktiv etmək üçün mobil cihazlardan “WhatsApp”ın rəsmi internet səhifəsinə girib, “download” (yüklə) düyməsinə basmaq lazımdır.

Zəng funskiyasının iOS və BlackBerry platformalarına nə vaxt gələcəyi barədə hələlik məlumat verilmir.

Gün.Az