“Uzaq sahillərdə” filmində “Mixaylo” rolunun məşhur ifaçısı Nodar Şaşıqoğlunun doğum günüdür.
Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Gürcüstanın Batumi şəhərində dünyaya gəlib.
Aktyoru azərbaycanlı tamaşaçılar “Uzaq sahillərdə” filmindəki Mixaylo – Mehdi Hüseynzadə obrazı ilə daha da seviblər.
Kinoda və teatrda bir-birindən maraqlı, əvəzolunmaz obrazlar canlandıran N.Şaşıqoğlu Azərbaycan və Rusiyanın xalq artisti olub.
Moskvanın Y.Vaxtanqov adına Taqankadakı teatrında, Leninqradın A.S.Puşkin adına teatrında aktyor işləyib. “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarda işləyib. N.Şaşıqoğlu teatr səhnələrində Sirano (E.Rostan “Sirano de Bercerak”), Kreont (Q.Qauptman “Antiqo-solntsa”) kimi obrazları yaradıb.
2003-cü ildən M.Şaşıqoğlu S.Vurğun adına Rus Dram Teatrına qayıdıb və səhnədə Sorin (A.P.Çexov “Qağayı”), Kral Lir (U.Şekspir “Kral Lir”) obrazlarını ifa edib.
N.Şaşıqoğlunun kino yaradıcılığı daha çox Azərbaycanın adı ilə bağlıdır: “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə (1958, rej. T.Tağızadə), “Əsl dost”da Fərman (1959, rej. T.Tağızadə), “Səhər”də Əzizbəyov (1960, rej. A.Quliyev), “Matoe Falkone” qısametrajlı kinodramında Mateo Falkone (1961, rej. T.Tağızadə. Film Prosper Merimenin eyniadlı əsəri əsasında çəkilib), “Leyli və Məcnun”da Məcnun (1961, rej. L.Səfərov), “Bizim küçə”də yenə Mixaylo (1961, rej. Ə.Atakişiyev), “Telefonçu qız”da Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb.
1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Görkəmli aktyor 2013-cü il aprelin 12-də 86 yaşında vəfat edib.
Gun.az