Bakıda "Eurovision" mahnı müsabiqəsi üçün təklif olunan alternativ
konsert kompleksinin - Milli Bayraq Meydanın yaxınlığında "Bakı Büllur
Zalı"nın tikintisinə başlanılıb. Bu barədə çərşənbə axşamı "Eurovison"la
bağlı yaradılan www.eurovisionaz.com saytında məlumat verilib.
Almaniyanın "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən inşa olunacaq arenanın tutumu 25 min nəfər olacaq.
"ALPINE Bau Deutschland AG"nin layihə üzrə partnyorları "gmp
International GmbH", İsveçrə şirkətləri olan "Nüssli AG" və "Basler
& Hofmann AG", eləcə də Avstriya şirkəti "GmbH & Co. KG" və
Münhendən "SSF Ingenieure AG"dir.
"Bakı Büllur Zalı" layihəsinin partnyoru olan "Nüssli AG" şirkəti Almaniyada keçirilmiş "Eurovision-2011"-in səhnəsini qurmuşdu.