Gələcəyin avtomobili — Tesla Model X (Video)
19.4.2012

Britaniyalı super-kar istehsalçısı Tesla yeni fantastik görünüşlü və yüksək texnoloji nailiyyətləri özündə cəmləşdirən elektromobili təqdim etdi.

Avtomobil tamamilə yeni texnologiyalar üzərində qurulub. Model X-də hətta yan güzgüləri yoxdur, onları super HD ölçülü kameralar əvəzləyir. Arxa qapılar isə parkinqi asanlaşdırmaq üçün yana deyil, yuxarı açılır.

Avtomobil tam olaraq elektriklə işləyir, bir "zaryadka" 400 km yola bəs edir!

Avtomobilin idarə etmək üçün daxildə 17 dyumluq planşet yerləşdirilib. Bu planşet vasitəsilə avtomobilin təkərlərinin temperaturunu belə öyrənmək olar!

Avtomobilin qiyməti İngiltərədə 90 min ABŞ dollarına olacaq və 2012-ci ilin sonunda istehsala başlanacaq.
Video


foxnews.az