Qoç - Əhəmiyyətli heç nə baş verməyəcək. Siz dəyişikliklər istəyirsiniz. Amma səbrli olmaq lazımdır - indi dəyişikliklər üçün əlverişli məqam deyil. Sizin ideyalarınız yaxşıdır. Amma nədənsə heç kim onları dəstəkləmir. Bu, sizi məyus edəcək, əhval-ruhiyyəniz korlanacaq. İşdə və evdə mübahisələr mümkündür. Amma siz mənfi emosiyalara qapılmamaqla sülhü tez bir zamanda bərqərar edə bilərsiniz.
Günün əvvəlində nasazlıqlar gözlənilir. Əgər imkan varsa, bir qədər çox yatmaq və səhər qəhvəsindən imtina etmək məsləhətdir. Axşam saatları köhnə dostlarla görüşlər üçün münasibdir.
Buğa - Uğursuz gündür, işlər istədiyiniz kimi getməyəcək. Siz təkcə özünüzün yox, həm də başqalırının problemlərini həll etməli olacaqsınız. Özü də başqalarının problemləri çoxalmaqda davam edəcək. Bir müddət əvvəl sizə dəstək söz verən adamlar deyəsən sözlərini tutmaq niyyətində deyillər. Bu, neqativ emosiyalara səbəb olacaq. Daha həssas Buğalar insanlardan ümidlərini kəsə bilərlər.
Nasazlıq ehtimalı yüksəkdir. Ona görə də özünüzü qorumağa dəyər. Çox yemək və alkoqoldan sui-istifadə təhlüklədir. Unutmayın ki, stresli vəziyyətlər də səhhətinin pisləşməsinə səbəb ola bilər. İmkan daxilində belə vəziyyətlərdən uzaq durun.
Əkizlər - İrimiqyaslı layihələr üzərində işə başlamaq, günün sonunadək yekunlaşdıra bilməyəcəyiniz işlərə girişmək məsləhət deyil. Hədəfə doğru nə qədər yavaş irəliləsəniz, ona çatmaq şansınız da çox olacaq. Qərarlarda tələskənlik yaxşı heç nə vəd etmir. Cüzi maddi itkilər mümkündür. Sövdələşmələrə getməsəniz yaxşıdır. Onlar ilk baxışdan göründüyü qədər sərfəli olmayacaq.
Günün emosional fonu əlverişlidir. Çətinliklərə baxmayaraq, siz yüksək əhval-ruhiyyənizi qoruya biləcəksiniz. Flirt mümkündür. Amma xoş vaxt keçirməkdən daha ciddi nəyəsə bel bağlamağa dəyməz.
Xərçəng - Çox əlverişli gündür. Qarşınızda demək olar ki, sərhədsiz imkanlar açılacaq. Ən xoşu isə odur ki, bu imkanlardan istifadə etmək istəsəniz, heç bir çətinlik yaranmayacaq. Gün işgüzar ünsiyyət üçün münasibdir. Təkliflərinizi cəsarətlə verin - onları alqışla qarşılayacaqlar.
Sevdiyiniz insanla ünsiyyət xeyli sevinc bəxş edəcək. Sizi ağzınızı açan kimi başa düşəcəklər və növbəti dəfə əmin olacaqsınız ki, həqiqətən də öz “yarı”nızı tapmısınız. Tənha Xərçənglər asanlıqla yeni tanışlıqlar qazanacaqlar. Romantik təklif də özünü çox gözlətməyəcək.
Şir - Diqqətli olun: bu gün səhvə yol versəniz, bu səhvlər sonralar da dəfələrlə qarşınıza çıxacaq. Bu gün sizi karyera inkişafınızın asılı olduğu adamlar diqqətlə müşahidə edəcəklər. Yaxşı təəssürat yaratmaq üçün səylərinizi əsirgəməyin. Danışıqlarda uğur mümkündür. Amma bu gün əldə olunan razılıqlara tezliklə yenidən baxılması istisna deyil.
Yaxınlarınızla dil tapmaq olduqca çətin olacaq. Sizi çox yüksək səslə tənqid edəcək və nadir hallarda tərifləyəcəklər. Sevdiyiniz insan sizdən çox şey gözləyir - məsələn, hələ hazır olmadığınız hərəkətlər kimi.
Qız - Artıq xərclərdən qaçın. Bu gün başdan çıxaran şeylər çox olacaq və onlara müqavimət göstərmək çətindir. Amma özünüzün bütün istəklərinizi (özü də dərhal!) yerinə yetirəsi olsanız, tezliklə çətin vəziyyətə düşəcəksiniz. İş üçün pis gün deyil. Rəhbər Qızlar daha böyük uğurlar əldə edəcəklər. Cəlbedici iş təklifləri mümkündür; intuisiyanıha güvənin: o, təkliflərə reaksiya verməklə bağlı düz yol göstərəcək.
Günün ikinci yarısı həm iş sahəsində, həm də şəxsi həyatda təmaslar və görüşlər üçün əlverişsiz vaxtdır. İnsanlar sizi özünüzdən tez çıxaracaqlar. Hətta, özlərini daha nəzakətlə aparmağa çalışsalar belə.
Tərəzi - Şərait tez-tez dəyişir. Ona görə də düzgün qərar qəbul etmək, hansı addımı atmalı olduğunuzu müəyyənləşdirmək çətin olacaq. Unutmayın ki, bu gün atmaq istədiyiniz bütün addımlar doğru deyil. Əgər istəklərinizə uyğun hərəkət etsəniz, bir qədər sonra sağlam düşüncə nümayiş etdirmədiyinizə görə mütləq heyfislənəcəksiniz.
Ailə tədbirlərinin keçirilməsi üçün münasib gündür. Qohumlarla münasibətləri yoluna qoya və köhnə inciklikləri həmişəlik unudu biləcəksiniz. Yeni romantik məşğuliyyət sizə ruh yüksəkliyi gətirəcək. Amma çətin ki, o, ciddi münasibətlərin başlanğıcı olsun.
Əqrəb - İstənilən başlanğıc üçün əla gündür. Başlanğıclar nə qədər cəsarətli olsa, bir o qədər yaxşıdır. İş yerinin dəyişdirilməsi, iri alış-veriş və investisiyalarla bağlı danışıqlara başlamaq olar. Nailiyyətləriniz o qədər əhəmiyyətli olacaq ki, sizin üçün rəyi vacib olan insanlar bunu mütləq görəcəklər. İş səyahətləri və ezamiyyətlər üçün əlverişli gündür. Xaricə də də getmək olar.
Həyat potensialı yüksəkdir. Hətta, yükünüz nə qədər ağır olsa da, gücdən düşməyəcəksiniz. Bundan başqa, yüksək əhval-ruhiyyənizi qoruya və yaxınlarınızı sevindirə biləcəksiniz. Bu gün qatılacağınız kübar mərasimlər xoş təəssürat yaradacaq.
Oxatan - Üç ardıcıl uğurlu gündən birincisidir. Çox işgüzar və enerjili olacaqsınız. Hansısa möhtəşəm işə girişmək olar, uğur şansı yüksəkdir. Çətin işlərin öhdəsindən asanlıqla gələcək, o qədər sürətli qərarlar qəbul edəcəksiniz ki, rəqibləriniz sizə çata bilməyəcəklər. Pul gəlirləri mümkündür.
Romantik görüş üçün münasib gündür. Sevdiyiniz şəxslə ünsiyyət sizə zövq verəcək. Tənha Oxatanlar taleyüklü görüşlərə ümid edə bilərlər.
Oğlaq - Taleyinizi sınağa çəkməyin. Özünüzü nə qədər təmkinli və ehtiyatlı aparsanız, o qədər yaxşıdır. Düşünülməmiş bazarlıqlardan və şübhəli biznes layihələrindən çəkinmək məsləhətdir. Səfərlər nəzərdə tutduğunuzda çox vaxtınızı aparacaq və gözlənilən nəticəni verməyəcək. İş danışıqları o qədər də yaxşı keçməyəcək.
Yaxınlarınızın dəstək və anlayışına bel bağlaya bilərsiniz. Çətin ki, bu gün fikir ayrılıqları və ünsiyyətdə başqa problemlər yaransın. Gün ailə tədbirləri və qohumların əhatəsində istirahət üçün münasibdir.
Dolça - Mökəm olun - çətin gündür. Hansı işlər ki, plan üzrə getməyə bilərdi, elə də olacaq. Siz ciddi xoşagəlməzliklərdən qaçmaq üçün daim nəsə düşünməli, ixtiraçılıq möcüzələri göstərməli olacaqsınız. Rəyi sizin üçün çox vadib olan insanla ciddi inciklik riski var. Peşə reputasiyasınız üçün təhlükə mövcuddur.
Öz səhvlərinizi etiraf etmək və onları düzəltməyə çalışmaq pis olmazdı. Amma bu, heç də ürəyinizcə olmayacaq. Üstəlik, düşünülməmiş qərarlarla vəziyyəti daha da pisləşdirə bilərsiniz.
Balıqlar - Sizinki mütləq gətirəcək. Hətta, öz gücünüzə əmin olmasanız belə. Yox, şübhə etmirsinizsə, o zaman uğurlarınız möhtəşəm olacaq. Gün iş üçün çox yaşxıdır. Səyləriniz hədər getməyəcək, əməyinizə görə mükafat isə özünü çox gözlətməyəcək. Həmkarlarınız sizə böyük şörmətlə yanaşacaqlar. Rəhbərlik isə anlayacaq ki, siz mütəxəssissiniz və qədrinizi bilmək lazımdır.
Amma zəiflik göstərmək olmaz. Arxayınlıq böyük səhv olar. Analoji tendensiya şəxsi münasibətlərdə də müşahidə edilcək: indi hər şey yaxşıdır, amma səhv buraxsanız, vəziyyət dəyişə bilər.
Milli.Az