Xroniki yuxusuzluq ürək-damar sistemi xəstəlikləri riskini artırır.
Gecə
yuxusunun çatışmazlığı arterial təzyiqi artırır. Mayo klinikasının əməkdaşları bu istiqamətdə
araşdırma aparıblar. Məlum olub ki, ürək və damar sistemi
xəstəliklərinin yaranmasının ən əsas səbəbi yuxusuzluqdur.
16
gün davam edən tədqiqatda yaşları 19-dan 36-ya qədər olan 8 nəfər sağlam
insan iştirak edib. Könüllülər ilk 4 gündə yeni şərtlərə alışıblar.
Sonrakı 9 gün ərzində onlar ya 4 saat, ya da 9 saat yatıblar. Qalan üç
gün bərpa müddəti olub. Alimlər hər mərhələdə onların arterial
təzyiqlərini ölçüblər.
Könüllülərin az yatdıqları günlərdə
arterial təzyiqləri orta hesabla 115-in 64 millimetrə olub. Onlar 98
saat yatanda isə təzyiqləri 105-in 57-yə olub.
Yuxu azlığı zamanı təzyiq azalmayıb, ancaq ürək çatışmazlıqları çox olub.
Milli.Az