Azərbaycan Beynəlxalq Bankının (ABB) filialları pensiyaçılara yeni pensiya kartlarının paylanması ilə əlaqədar olaraq qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
ABB Azərbaycanda pensiyaların paylanması üzrə Dövlət Sosial Müdafiə Fondu tərəfindən keçirdiyi tenderin iki qalibindən biridir.
Qeyd edək ki, tenderin şərtlərinə əsasən, müvəkkil banklar həm də yeni pensiya kartlarının verilməsi ilə məşğul olmalıdır və Azərbaycan Beynəlxalq Bankında bu proses artıq başlayıb.
APA