Novruz bayramının ilk günündə Azərbaycan ərazisində hava şəraiti yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq
18.3.2015

Martın 20-də - Novruz bayramının ilk günündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu ilə bağlı ilkin məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova öz açıqlamasında deyib ki, martın 20-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Novruz bayramında müşahidə olunacaq hava proqnozu ilə bağlı dəqiq məlumat sabah açıqlanacaq.

APA