“Moskva bakılının gözü ilə” fotosərgisi açılacaqdır
7.9.2011

Sentyabrın 9-da Rusiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) Moskva Şəhəri Gününə həsr olunmuş “Moskva bakılının gözü ilə” fotosərgisi açılacaqdır.
RİMM-in mətbuat xidmətindən bildirilmişdir ki, sərginin ekspozisiyasında azərbaycanlı jurnalist-yazıçı Şirməmməd Nəzərlinin 50 fotoşəkli nümayiş etdiriləcəkdir.
Sərginin açılış mərasimində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.