Gucci ağıllı saat istehsal edəcək
29.3.2015

Ağıllı saat bazarı genişləndiyi üçün Gucci markası da bu bazarın içində yer almağa çalışır.

Samsung Gear ilə başlayan ağıllı saat modasına Gucci və will.i.am imzalı ağıllı saatlar da qatılır. İsveçrədə elan edilən ağıllı saatın ümumi funksiyaları sırasında SMS, e-poçt alıb-göndərmə, 3G dəstəyi, GPS, kamera, nəbz ölçməsi, musiqi, xəritə və təqvim kimi proqram və aksessuarların olması bildirilib.

Bazara çıxış tarixi və qiyməti ilə bağlı hələki bir məlumat paylaşılmayıb. Amma dizaynda istifadə ediləcək vəsait qiymətin müəyyən olunmasına təsir edəcək.

Xeberler.az