Bakıda “Yer saatı” keçirildi
29.3.2015

Şamlar yandırılıb.

Azərbaycanda “Yer saatı” keçirilib.

Azərbaycan “Yer saatı” (“Earth Hour 2015”) beynəlxalq kampaniyası çərçivəsində martın 28-də dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşib.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) təşkilatçılığı ilə bütün dünyada keçirilən qlobal aksiyanın azərbaycanlı iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 19:30-da Azadlıq meydanında toplaşıblar.

Sonra şamlar yandırılıb. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yeni Azərbaycan Partiyası, Qız qalası və Şirvanşahlar Sarayı, ADA Universiteti, Hökumət evinin və “Marriott Absheron” otelinin fasadının işıqlandırılması dayandırılıb. Bundan başqa, “Critical Mass Baku” veloturu keçiriləcək, habelə aksiyanın nümayəndələri müxtəlif moblarda iştirak ediblər.

Layihə saat 22:00-da başa çatıb.

Bu il “Yer saatı” aksiyasında dünyanın 172 ölkəsinin sakinləri iştirak ediblər.

2011-ci il martın 26-da Bakının rəmzi olan Qız qalasında və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda bir saat ərzində işıqlar söndürülüb və beləliklə, Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin sırasına daxil olub.

Oxu.az